Britaniya İranı gərginliyi azaltmaq üçün HƏMAS-a təsir göstərməyə çağırıbbackend

Britaniya İranı gərginliyi azaltmaq üçün HƏMAS-a təsir göstərməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Uizli İranı Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün radikal Həmas qruplaşması üzərindəki təsirindən istifadə etməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, Tehran uzun illərdir dəstəklədiyi HƏMAS və Hizbullahın hərəkətlərinə görə məsuliyyət daşıyır. Həmçinin Britaniya xalqına qarşı təhdidlərin qəbuledilməz olduğunu bildirilib. Nazir vurğulayıb ki, bunlara son qoyulmalıdır.

Qeyd edək ki, İsrail oktyabrın 13-də BMT-yə quru əməliyyatından əvvəl 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyə ediləcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az