Britaniya İsraili dəstək üçün gəmi və helikopterlər göndərəcəkbackend

Britaniya İsraili dəstək üçün gəmi və helikopterlər göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin hərbi qüvvələrinin İsrailə dəstək nümayişi olaraq Şərqi Aralıq dənizinə yerləşdiriləcəyini təsdiqləyib.

Editor.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Beləliklə, gələn həftə RFA Lyme Bay adlı böyük eniş gəmisi və RFA Argus gəmisi cəmi üç Merlin helikopteri və bir dəniz piyadası eskadronu ilə gələcək. Britaniyanın dəniz patrul və kəşfiyyat təyyarələri də tezliklə regionda sabitliyə təhdidləri izləmək üçün uçacaq.

Qeyd edək ki, oktyabrın 7-də Həmas İsrail ərazisinə minlərlə raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

//Gülnarə Abasova, Editor.az