Britaniya keçmiş pullarını müsadirə edibbackend

Britaniya keçmiş pullarını müsadirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Nigeriyada keçmiş prezident General Sani Abaça dövründə xaricə qaçaqmalçılıq yolu ilə gətirilən 23 milyon dollardan çox pulu müsadirə etdiyini bildirib.

Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hakimiyyəti dövründə bir çox insan haqlarının pozulmasında ittiham olunan Abaça Afrikanın ən acgöz diktatoru kimi tanınıb. Bu barədə Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) açıqlama verib. Müsadirə edilən 23 milyon dollar Abaça və tərəfdaşları tərəfindən mənimsənmiş pullardır. Bu pulun mənimsənməsi ABŞ Ədliyyə Nazirliyi tərəfindən aşkar edilib.

Böyük Britaniyanın bu pulu Nigeriyaya qaytarıb-qaytarmayacağı hələ də açıqlanmayıb. ABŞ hökuməti isə Abaça dövründə xaricə 318 milyon dolların qaçaqmalçılıq yolu ilə aparıldığını müəyyən etmişdi.

Qeyd edək ki, keçmiş prezident general Abaçanın 1993-1998-ci illər arasında xaricə qaçaqmalçılıq yolu ilə çıxardığı pulların əhəmiyyətli bir hissəsi Qərb banklarında hələ də saxlanılır.

//Nəzərbəy, Editor.az