Britaniya kəşfiyyatı: Hava şəraiti Baxmutdakı vəziyyəti Ukraynanın xeyrinə dəyişibbackend

Britaniya kəşfiyyatı: Hava şəraiti Baxmutdakı vəziyyəti Ukraynanın xeyrinə dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiləşmə ilə əlaqədar cəbhədəki vəziyyət Ukrayna üçün əlverişli olub. Çünki palçıq ağır texnikanın hərəkətinə mane olur.

Editor.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatı Ukraynadakı müharibə ilə bağlı gündəlik hesabatında bildirib: “Temperaturun yüksəlməsi, Ukrayna dilində “yolsuz” kimi tanınan palçıqlı şəraitə gətirib çıxarıb ki, bu da hərəkəti məhdudlaşdırır.

Bu vəziyyət də adətən müdafiə olunan qüvvələr üçün hərbi üstünlük yaradır”, – hesabtda deyilir. Qeyd olunur ki, qarşı həftələrdə temperaturun bir qədər də yüksəlməsi ilə daha çox palçığın əmələ gəlməsi və PPM-in daha da çətinləşməsi gözlənilir.

Bu cür ağır şərtlər martın sonuna qədər davam edəcək: “Bu, yerüstü əməliyyatlara əlavə çətinliklər yaradacaq və daha ağır zirehli texnikaların yolsuzluq üzündən, xüsusən də Baxmut bölgəsindəki narahat ərazilərdə hərəkətini çətinləşdirəcək”, – Britaniya kəşfiyyatı bildirir.

//Samir Qurbanov,Editor.az