Britaniya kəşfiyyatı: Putin Kremldə oturduğu müddətcə Avropada sülh olmayacaqbackend

Britaniya kəşfiyyatı: Putin Kremldə oturduğu müddətcə Avropada sülh olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın istefada olan generalı, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Riçard Şirref hesab edir ki, Rusiya qüvvələrinin Kiyevdən çıxarılması çox güman ki, onların başqa istiqamətə köçürülməsi deməkdir və Putin hakimiyyətdə qaldığı müddətdə Avropada sülh mümkün deyil.

Bu barədə Editor.az  BBC-ə istinadən məlumat yayıb. Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib. “Bu, bir çox əməliyyat bölgələrində irəliləyiş cəhdinin uğursuzluğa düçar olmasının etirafıdır və çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin xəbərçisidir… Mən müəyyən aldadıcı manevrləri də istisna etmirəm”, – deyə keçmiş general bildirib. Richard Schirref “Putin Kremldə olduğu müddətcə Avropada sülhün mümkünsüz olduğunu” deyərək, onu “qaniçən avtokrat” hesab etdiyini bildirib. Onun sözlərinə görə, NATO Rusiya ilə Qərb arasında qarşıdurmanın “isti” deyil, “soyuq” qalmasını təmin etməyə borcludur, lakin bu özü də Alyansın müharibəyə hazır olması anlamına gəlir.

“Biz hələ NATO qüvvələrinin belə bir şəkildə toplanmasını görməmişdik və bu, mənim fikrimcə, Alyansın növbəti təcavüzlərin qarşısını almaq baxımından vacibdir”, – Şirref bildirib. Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya əsas səylərini Donbasda cəmləşdirdiyini bəyan etməklə, əslində bir neçə istiqamətdə əhəmiyyətli hücum əməliyyatları aparmağa gücünün çatmadığını etiraf etmiş oldu.