Rusiya Ukraynaya qarşı müharibənin yeni mərhələsinə başlayıb və bu ölkəni tamamilə məhv etmək istəyir.
Editor.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat verib. Məlumata görə, Rusiyanın Ukraynanı ələ keçirmək və hakimiyyəti devirmək planları iflasa uğradığı üçün indi o, öz qüvvələrini Donbas və ölkənin cənubunun tam işğalın üçün cəmləşdirir.
Britaniya Müdafiə Nazirliyi hesab edir ki, indi Rusiya Federasiyası müharibənin aparılmasına münasibəti də dəyişib, indi o, yeni mühüm əraziləri ələ keçirməyə deyil, Ukrayna qoşunlarının məhvinə yönəldib. Departament rəsmilərinin fikrincə, Rusiya rəhbərliyi çox güman ki, resurslar və əhali üstünlüyü hesabına qalib gələ biləcəyinə ümid edərək uzunmüddətli müharibə aparmağı planlaşdırır.
//Samir Qubanov, Editor.az