Rusiya- Ukrayna müharibəsinin ildönümü yaxınlaşdıqca Rusiya ordusuna siyasi təzyiqlər artır. Reallıq nə olursa olsun, çox güman ki, Rusiya Baxmutun ələ keçirildiyini iddia edəcək.
Editor.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında deyilir. Əgər Rusiyanın yaz hücumu heç bir nəticə verməsə, rəhbərliyi daxilində gərginlik daha da artacaq. Eyni zamanda, Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya Ukraynanın şərqində bir neçə hücum zonasını inkişaf etdirməkdə davam edir: Vuhledar, Kremennaya və Baxmut. Bununla belə, işğalçı qüvvələrin itkiləri, xüsusən Baxmut və Vuhledarda yüksək olaraq qalır.
“Xüsusən də elit 155-ci və 40-cı Rusiya hərbi dəniz briqadaları Vuhledarda ağır itki veriblər və çox güman ki, döyüşlərdə səmərəsiz olacaqlar”, – məlumatda deyilir.
//Gülnarə Abasova, Editor.az