Britaniya kəşfiyyatı: Rusiya öz dəmir yolları şəbəkəsini hücumlardan qoruya bilməyəcəkbackend

Britaniya kəşfiyyatı: Rusiya öz dəmir yolları şəbəkəsini hücumlardan qoruya bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə həmsərhəd ərazilərdə Rusiya dəmir yollarında baş verən qəzaların artması Rusiya hərbi dəmir yolu nəqliyyatında böyük fasilələrə səbəb olub.

Editor.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Qəzaların naməlum “aktyorların” törətdiyi təxribat nəticəsində baş verdiyi qeyd edilir.

“Dəmiryol qoşunlarının briqadaları xətləri tez bir zamanda bərpa edə bilsə də, bu hadisələr Rusiyanın böyük və həssas dəmir yolları şəbəkələrini hücumdan tam qoruya bilməyəcək və Rusiyanın daxili təhlükəsizlik qüvvələrində gərginliyini artıracaq”, – Britaniya kəşfiyyatı bildirib.

  //Samir Qurbanov,Editor.az