Britaniya Kral Hərbi Hava Qüvvələri Qara dənizdə patrul xidməti həyta keçirməyə başlayıbbackend

Britaniya Kral Hərbi Hava Qüvvələri Qara dənizdə patrul xidməti həyta keçirməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qara dənizdə patrul xidməti həyta keçirməyə başlayıb.

Britaniya hökumətinin fikrincə, bu, Rusiyanı Ukrayna taxılını daşıyan gəmilərə hücum etməkdən çəkindirməlidir.

Editor.az bildirir ki, bu barədə Böyük Britaniya baş nazirinin mətbuat xidmətinin yaydığı press-relizdə deyilir. Burada qeyd olunur ki, Rusiya Qara dəniz taxıl təşəbbüsündən geri çəkildikdən sonra yükündən asılı olmayaraq Ukraynaya gedən bütün gəmiləri qanuni hədəf elan edib. Avqust ayında təhdidlərini gücləndirmək üçün ruslar Dunaydakı Ukrayna limanına gedən mülki gəmini atəşə tutublar və desant endirdilər.

Britaniya hökuməti qeyd edib ki, London Rusiyanın Qara dənizdəki fəaliyyətini izləmək üçün kəşfiyyat imkanlarından, xüsusən də hava müşahidəsindən istifadə edir.

“Bu müşahidə əməliyyatları çərçivəsində Kral Hərbi Hava Qüvvələrinin təyyarələri Rusiyanı qeyri-qanuni olaraq mülki taxıl daşıyan gəmiləri hədəfə almaqdan çəkindirmək üçün ərazi üzərində uçuşlar həyata keçirir”, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, britaniyalılar təkcə mülki gəmilərə açıq hücumların deyil, həm də “yalançı bayraq altında” təxribatların qarşısını almağa çalışırlar.

//Samir Qurbanov, Editor.az