Britaniya Krallıq əhalisini hərbi səfərbərliyə hazır olmağa çağırırbackend

Britaniya Krallıq əhalisini hərbi səfərbərliyə hazır olmağa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Quru Qoşunlarının Baş Qərargah rəisi Patrik Sanders ingilislərə Rusiya ilə müharibə olacağı təqdirdə krallıq uğrunda döyüşməyə çağırılacaqları barədə xəbərdarlıq etmək niyyətindədir. Onun fikrincə, indiki qüvvələr belə bir münaqişə üçün “çox kiçikdir”.

Editor.az bildirir ki, bu barədə “Daily Mail” xəbər verir. Sanders həmçinin Tvikenhemdə keçirilən Beynəlxalq Zirehli Avtomobil Sərgisi zamanı Rusiya-Ukrayna münaqişəsi genişlənərsə, nazirləri “milləti səfərbər etməyə” çağıracağını vurğulayıb. O hesab edir ki, əhalinin təfəkkürünü elə dəyişmək lazımdır ki, onlar ölkəni xarici düşmənlərdən müdafiə etməyə hazır olsunlar.

Nəşrin qeyd etdiyi kimi, Sanders əvvəllər orduda adam çatışmazlığını tənqid edib. Onun postunu 6 aydan sonra tərk edəcəyi gözlənilir. Britaniya mətbuatının yazdığına görə, hakimiyyət silahlı qüvvələrin modernləşdirilməsinə vəsait yönəltmək üçün ordunun sayını azaltmaq imkanını nəzərdən keçirir. Sanders əvvəllər döyüş qabiliyyətinin bərpa olunmasının zəruriliyindən danışıb. NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer daha əvvəl bildirmişdi ki, alyansın qüvvələri yaxın iyirmi ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır. O, NATO-ya üzv ölkələrin hakimiyyət orqanlarını və onların mülki əhalisini münaqişəyə və mümkün hərbi çağırışa hazırlaşmağa çağırıb.

//Samir Qurbanov, Editor.az