Britaniya mediası: “Milan satılır”backend

Britaniya mediası: “Milan satılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq “İnvestcorp” şirkəti İtaliyanın nəhəng klubu “Milan”ı almaq istəyir.

Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “İnvestcorp” şirkətinin nümayəndələri artıq “Rossoneri”lərin rəhbərliyi ilə görüşlər keçirib. Məlumata görə, ilkin razılıq əldə olunub.

“Milan”ın rəsmi sözçüsü isə bu barədə verilən sualdan yayınıb.

“Hazırkı vəziyyətimiz çox yaxşıdır. Meydanda performansımızı artırmağa davam edirik”, -deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, İtaliya klubu “Milan” 2018-ci ildən “Elliott İdarəetmə Korporasiyası” tərəfindən alınıb.

//Editor.az