Britaniya mediası: “Tramp Makronu masanın kənarında oturdaraq onu alçaltdı”backend

Britaniya mediası: “Tramp Makronu masanın kənarında oturdaraq onu alçaltdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ağ Evdə görüşüb.

Editor.az xəbər verir ki, Trampın Oval Ofisdə qonaq etdiyi və videokonfrans vasitəsilə keçirilən G7 Zirvəsinə qatıldığı Makronu masasının kənarındakı stulda oturtması Qərb mediasının diqqətindən yayınmayıb.

“Daily Express” yazır: “Fransa prezidenti Emmanuel Makron bu gün G7 liderlərinin canlı video konfransı zamanı alçaldıcı səhnələrə məruz qalıb”. Qəzetin vurğuladığı tədbir görüntülərindən birində fransız liderə Oval kabinetdə Trampın masasının yanındakı stulda oturmağın təklif edildiyi görünür. Xəbərdə deyilir: “Qırx yeddi yaşlı kişi stolun ortasında geniş və rahat görünən dəri kresloda əyləşən Trampın sağında oturduğu üçün narahat görünürdü”.

//Gülnarə Abasova, Editor.az