Britaniyanın gündəlik qəzeti Guardian Ukrayna prezidenti Volodimir Zelenskinin qarşıdan gələn prezident seçkilərində uduzacağından narahat olduğunu bildirib.
Editor.az-ın “Guardian” a istinadla verdiyi məlumata görə, İkinci Dünya Müharibəsi zamanı Britaniyaya rəhbərlik etmiş, lakin seçkilərdə uduzan o vaxtkı baş nazir Uinston Çörçillin fenomeni Ukrayna liderinin narahatlığına səbəb olub.
Bildirilir ki, Ukrayna siyasətçiləri müharibə bitdikdən sonra Zelenskinin cari hadisələrə hazırlıq səviyyəsi ilə bağlı suallara qayıdacaqlar. Bundan əvvəl Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Ukrayna liderinin fikrincə, seçki məsələsi köhnəlib və bu məsələyə son qoyulmalıdır. Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti uzadılıb.
Qeyd edək ki, 2024-cü ilin yazında keçirilməsi planlaşdırılan seçkilərin keçirilməməsinə qərar verilib.
//Gülnarə Abasova, Editor.az

