Britaniya mətbuatında Rusiyanın Ukraynaya təcavüzü: Avropa üçün QARA GÜNbackend

Britaniya mətbuatında Rusiyanın Ukraynaya təcavüzü: Avropa üçün QARA GÜN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunlarının Ukraynaya hücumu Böyük Britaniya mətbuatında müxtəlif başlıqlara manşetə çıxarılıb.

Editor.az “BBC Türkçə”yə istinadən həmin manşetləri təqdim edir:

“Guardian” qəzeti “Putin işğal etdi” başlığı ilə xəbər paylaşaraq bir çox digər qəzetlər kimi hava zərbələri nəticəsində yaralanan qadının fotosunu da oxucuları ilə paylaşıb.

“Daily Mirror” qəzeti də “güc dəlisi” kimi bənzətdikləri Rusiya lideri Putinin fotosunu yaralı qadının əllərini açmış şəklinin bir az altına yerləşdirərək, “Onun qanı əllərindədir” yazıb. Qəzet sözügedən qadının Çuhuiv şəhərində yaralı müəllim olduğunu yazıb.

The Sun qəzeti bu səhər “Daily Mirror”un eyni manşetə yerini aldı. “Günahsız insanların qanı indi Vladimir Putinin əlindədir” yazan qəzet, “işğalçı qatillər” kimi qələmə verdiyi Putin ordusunun Kiyevə çox yaxın olduğunu yazıb.

“Daily Mail” qəzeti “Putin bir neçə gün ərzində paytaxtı (Kiyevi) ələ keçirəcək” başlığı ilə Ukrayna liderinin Avropaya enən “dəmir pərdə” ilə bağlı xəbərdarlığını oxucuları ilə bölüşüb.

Daily Telegraph isə yaralı əsgərin fotoşəkilini manşetinə çıxararaq yeni bir soyuq müharibə ehtimalını vurğuladı. Qəzet rus qoşunlarının paytaxt Kiyevə çox yaxın olan strateji əhəmiyyətli hava limanını ələ keçirməsinə baxmayaraq Ukraynanın müqavimət göstərdiyini yazıb.

“Financial Times” qəzeti də Kiyevdəki partlayışdan sonra yüksələn tüstünün əks olunduğu fotoya yer verib və onun diqqət mərkəzində “Qərb 80 ildə Avropa sülhünə qarşı ən böyük problemi pisləyib”, “Bayden Putinin Sovet İttifaqını yenidən qurmaq istəyindən danışırdı” deyə başlıq əlavə edib.

“The I” qəzeti də “Ukraynanın iztirabları” başlığı ilə çıxıb və “Avropada müharibənin başlaması ilə ailələr ölkədən qaçır” yazıb. Qəzet 50-dən çox insanın öldüyünü, yüzlərlə insanın yaralandığını, yüz minlərlə insanın bağlanan yollardan qaçmağa çalışdığını qeyd edib.

“Daily Express” qəzeti Britaniyanın baş naziri Consonun verdiyi açıqlamaya istinadən yazıb ki, Putin “Avropa xəritəsini qanla yenidən cızmağa çalışır”.

“Metro”bun manşeti “Avropada müharibə”dir. Zelenskinin bənzətməsinə görə qəzet Putinin şəklinin arxasına Hitlerin şəklini yerləşdirib.

Metro kimi “Daily Star” kimi Hitler bənzətməsinə istinad edərək Hitlerin istehzalı bir rəsmini manşetə çıxarıb. Qəzetin manşetində Putin “Kimi aldatdığını düşünürsən?” deyə başlıq verib.

//Gülnarə Abasova, Editor.az