Bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsindədir. Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, müharibə artıq 23-cü gündür ki, öz şiddəti ilə davam edir. Tərəflər təkcə döyüş meydanında deyil, informasiya məkanında da mübarizə aparırlar. Xüsusilə də sosial şəbəkələrdə tərəflər arasında kəskin informasiya müharibəsi gedir. Ancaq bu mübarizənin əsas aparıcı qüvvəsi rus hakkerlərdir.
Onların bu dəfəki qurbanı Britaniyanın müdafiə naziri Ben Uolles olub. Hakkerlər onunla əlaqə yaradaraq özlərini Ukraynanın baş naziri Denis Şmıqal kimi təqdim ediblər.
Ukraynanın baş nazirindən Böyük Britaniyanın müdafiə nazirinə yumoristik cavab gəlib. O həmkarından xahiş edib ki, bundan sonra ona zəng edib özünü Şmıqal kimi təqdim edən şəxsdən “palianitsia” sözünü deməyi istəsin. “Palianitsia” ukraynalılara xas olan bir çörək növüdür. bu sözü ancaq ukraynalılar tələffüz edə bilir.
Qeyd edək ki, İngiltərə müdafiə naziri Ben Uolles dünən verdiyi açıqlamada onunla bir şəxsin özünü Şmıqal kimi təqdim edərək danışmaq istəyini bildirib. Ancaq saxtakar müdafiə nazirinin bir neçə yanıltıcı sualından sonra ifşa olunub.
//Nəzərbəy Hacıağayev, Editor.az

