Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukrayna ilə davam edən müharibədə daha təcrübəli hərbçilərin yerləşdirilməsi üçün Ukraynanın cənubunda yeni ordu yaratmağa hazırlaşdığını açıqlayıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, açıqlamada Xerson bölgəsindəki hava-desant qoşunlarının ağır toqquşmaların yaşandığı Orikov bölgəsinə doğru irəlilədiyini təxmin etdiklərinə də diqqət çəkib.
Bildirilib ki, Xersona yerləşdirilən yeni 18-ci ordu Krım yarımadasının ilhaqında rol oynayan 22-ci korpus da daxil olmaqla müxtəlif bölmələrdən ibarət olub. Böyük Britaniyanın bəyanatında deyilir: “18-ci Ordu, çox güman ki, səfərbər edilmiş şəxsi heyətdən ibarət olacaq və Ukraynanın cənubunda müdafiə təhlükəsizliyi əməliyyatlarına cavabdeh olacaq”.
//Gülnarə Abasova, Editor.az