Britaniya Müdafiə Nazirliyi: “Rusiyanın Ukraynaya müdaxiləsi bütün cəbhələrdə dayanıb” – FOTObackend

Britaniya Müdafiə Nazirliyi: “Rusiyanın Ukraynaya müdaxiləsi bütün cəbhələrdə dayanıb” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxiləsi bütün cəbhələrdə böyük ölçüdə dayanıb. Ukrayna qoşunlarının müqaviməti israrlı və yaxşı əlaqələndirilmiş olaraq qalır.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat yayılıb.

Qeyd edilir ki, Rusiya qoşunları son günlər quruda, dənizdə və havada minimal irəliləyiş əldə edib və ağır itkilər verməkdə davam edir.

“Ukrayna müqaviməti güclü və yaxşı əlaqələndirilmiş olaraq qalır. Bütün böyük şəhərlər də daxil olmaqla, Ukrayna ərazisinin böyük əksəriyyəti ukraynalıların əlində qalır”, – deyə Britaniya Müdafiə Nazirliyi əlavə edib.