Britaniya Qərbin müdafiə üçün pul tapa bilmədiyini etiraf edirbackend

Britaniya Qərbin müdafiə üçün pul tapa bilmədiyini etiraf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hərbi-sənaye qüdrəti artır, Qərb ölkələri isə öz müdafiələrini təmin etmək üçün “yalnız qəpiklər tapırlar”.

Editor.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazır. “Rusiyanın qüdrəti artdıqca Qərbi Avropanın müdafiəyə xərcləyəcəyi yalnız qəpik-quruşlar qalır”, – nəşr yazır. Vurğulanır ki, Qərb öz vətəndaşlarının “sosial təminatından” asılı vəziyyətə düşüb, ona görə də dövlətlərin yenidən silahlanması üçün vəsait tapmaq son dərəcə problemlidir. Britaniya nəşrinin yazdığına görə, Qərb üçün Ukraynada “əbədi atəşi təmin edə biləcək güllə istehsalı üçün kütləvi sənaye yaratmağın mənası yoxdur”, çünki ölkədə yaxın gələcəkdə insan tükənəcək. O zaman Qərb öz müdafiəsinə diqqət yetirməli olacaq.

Bu kontekstdə nəşr Böyük Britaniyada müdafiə xərclərinin Soyuq Müharibə səviyyəsinə qədər artırılmasının zəruriliyi ilə bağlı ictimai müzakirələrin aparılmasına çağırıb.

//Gülnarə Abasova, Editor.az