Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə səfəri zamanı Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanmasını şərh edib.
Medvedev bildirib ki, Rusiya Britaniya qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini müharibə elanı kimi qəbul edəcək. Elan edilən razılaşma Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsini nəzərdə tutmur.
“Qərb ictimaiyyəti bizim Belqorodun mülki əhalisinin başına gəldiyi kimi, Kiyevin mərkəzində Britaniya nümayəndə heyətinin kasetli sursatlardan atəşə tutulmasına necə reaksiya verərdi?” – Təhlükəsizlik Şurasının sədr müavini Telegram-da təəccüblənib.
Qeyd edək ki, bu gün, yanvarın 12-də Sunak Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Bundan əvvəl Britaniya baş nazirinin ofisi məlumat vermişdi ki, səfər zamanı o, 2,5 milyard funt sterlinq dəyərində yeni hərbi yardım paketini və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin bağlanmasını elan edəcək.
//Samir Qurbanov, Editor.az

