Britaniya Rusiya ilə NATO arasında müharibə ehtimalını dəyərləndiribbackend

Britaniya Rusiya ilə NATO arasında müharibə ehtimalını dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin Şimali Atlantika Alyansının guya nəhəng hərbi gücünə görə Rusiya ilə NATO arasında qlobal münaqişə ehtimalını rədd edib.

Editor.az xəbər verir ki, o, bu barədə Sky News-a müsahibəsində bildirib. Onun sözlərinə görə, dünya “daha təhlükəli” olsa da, Üçüncü Dünyaüharibəsi qaçılmaz deyil. “Putin NATO ilə müharibə istəmir. Putin nüvə müharibəsi istəmir. NATO-nun gücü sayəsində bizim də böyük üstünlüyümüz var”, – Radakin bildirib.

Mayın 31-də Macarıstanın baş naziri Viktor Orban Kossuth radio proqramında çıxış edərək, Avropa ölkələrinin getdikcə Ukraynadakı münaqişəyə cəlb olunduğunu bildirib. O bildirib ki, region dövlətləri Rusiya Federasiyası ilə müharibəyə hazırlaşmaqda aralıq mərhələyə daxil olub. Daha sonra Kremlin mətbuat katibi Dmitri Peskov vəziyyəti şərh edib. O, Macarıstan hökumətinin başçısının bəyanatı ilə razılaşıb və qeyd edib ki, Avropadakı siyasətçilər hazırda cəmiyyətdə müharibədən əvvəlki əhval-ruhiyyəni fəal şəkildə qamçılayırlar. Rusiya prezidentinin nümayəndəsinin sözlərinə görə, bu cür hərəkətlər regiondakı vəziyyətə mənfi təsir göstərə bilər.

//Gülnarə Abasova, Editor.az