Britaniya Rusiyanı SAVAŞLA HƏDƏLƏDİ: “Hətta bu gecə…”backend

Britaniya Rusiyanı SAVAŞLA HƏDƏLƏDİ: “Hətta bu gecə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Şərqi Avropa ölkələrindən hər hansı birini işğal edərsə, Britaniya ordusu hətta “bu gecə” də döyüşə girməyə hazırdır.

Publika.az “Politico”ya istinadla xəbər verir ki, bu bəyanatla noyabrın 21-də Britaniya Müdafiə Qərargahının rəis müavini, general-leytenant Rob Maqovan çıxış edib.

Bildirilib ki, general ingilis ordusundan bu gecə döyüşmək istənilsə, müsbət reaksiya verəcəyini söz verib.

Maqovanın fikrincə, “Ruslar bu gecə Şərqi Avropaya hücum etsəydilər, biz bu döyüşdə onlarla qarşılaşardıq”.

Bundan əvvəl Böyük Britaniya Kiyevi Rusiya ilə münaqişə fonunda öz planlarını və ambisiyalarını unutmağa çağırıb. Britaniyanın Rusiya Federasiyası və Ukraynadakı keçmiş hərbi attaşesi Con Forman vurğulayıb ki, Rusiya ordusu ən azı son bir ildə döyüş bölgəsində təşəbbüskardır.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya marağını itirdiyini vurğulayıb. O, bunu onunla izah edib ki, Ukrayna və onun xalqı Qərb ölkələrinin gözündə bir alətdir və dağılandan sonra maraqlı olmaqdan çıxıb.