Britaniya Rusiyaya qarşı yeni hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün danışıqlar aparırbackend

Britaniya Rusiyaya qarşı yeni hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Avropanın Rusiyaya qarşı yeni Sky Shield hava hücumundan müdafiə sisteminə qoşulmağa hazırlaşır.

Editor.az “The Daily Mail”a istinadla yazır ki, bunu ölkənin müdafiə naziri Qrant Şapps deyib. Shapps ölkənin Sky Shield-ə qoşulması ilə bağlı danışıqların hazırda davam etdiyini təsdiqləyib. Onun sözlərinə görə, layihə “Rusiya kimi rəqiblərin raketlərini və pilotsuz uçuş aparatlarını vurmaq” üçün lazımdır.

Bundan əvvəl NATO-nun Yaxın Şərq və Şimali Afrikada təlim missiyaları yaratmaq ideyasını araşdırdığı məlum idi. Alyansın bu regionlardakı ölkələrlə siyasi və diplomatik dialoqu gücləndirməyi planlaşdırdığı bildirilir. Qəzetin diplomatik mənbələrinə görə, hazırda İordaniya və Mavritaniya bu fikrə müsbət yanaşır. NATO hesab edir ki, təşkilatın təhlükəsizliyi Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə sıx bağlıdır.

//Gülnarə Abasova, Editor.az