Britaniya son altı ayda Ukraynaya 85 mindən çox PUA veribbackend

Britaniya son altı ayda Ukraynaya 85 mindən çox PUA verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya son altı ay ərzində Ukraynaya 85 mindən çox pilotsuz uçuş aparatı (PUA) təhvil verib.

Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Healey açıqlama verib.

Nazirin sözlərinə görə, London eyni zamanda minlərlə tutucu tipli PUA-nın sürətli istehsalı üçün yeni sənaye müqavilələri imzalayıb. Bu addımların əsas məqsədi Ukraynaya hərbi dəstəyi gücləndirməkdir.

Qeyd edək ki, oktyabrın 11-də Ukrayna və Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair yeni sənəd imzalanıb.

Sənəd Böyük Britaniyanın Müdafiə Nazirliyi və Ukrayna Müdafiə Nazirliyi tərəfindən LYRA (Lyria Battlefield Technology Partnership) proqramı çərçivəsində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumu zamanı təsdiqlənib.

Bu razılaşma iki ölkə arasında müdafiə texnologiyalarının birgə inkişafı və istehsalının genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

//Gülnarə Abasova, Editor.az