Britaniya: Taliban rejimini qısa zamanda tanımayacağıqbackend

Britaniya: Taliban rejimini qısa zamanda tanımayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin xarici işlər naziri Dominik Raab Londonun Əfqanıstandakı Taliban rejimini tezliklə tanımayacağını söyləyib.

Editor.az xəbər verir ki, Qətərin paytaxtı Dohada danışan Raab İngiltərənin Talibanla real və praqmatik bir əlaqə qurmağa çalışacağını söyləyib. İngiltərənin Talibanla “birbaşa təmas qura bilməsi”nin vacib olduğunu ifadə edən Raab hərəkatın sözlərinə görə deyil, etdiklərinə görə mühakimə olunacağını bildirib.

O, İngiltərənin də ABŞ -ın Əfqanıstanla əlaqələrə sadiq qaldığını ancaq “yeni reallığa uyğunlaşmalı olduğunu” söyləyib.

//Gülnarə Abasova, Editor.az