Britaniya Ukraynanın əvəzinə “Avroviziya-2023”ə ev sahibliyi edəcəkbackend

Britaniya Ukraynanın əvəzinə “Avroviziya-2023”ə ev sahibliyi edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avroviziya Mahnı Müsabiqəsi gələn il 2022-ci ildə Rusiyanın işğalı səbəbindən müsabiqədə qalib gələn Ukraynanın əvəzinə Britaniyada keçiriləcək.

Editor.az “The Sun”a istinadən xəbər verir ki, Britaniya 24 ildən sonra ilk dəfə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Müsabiqənin hansı şəhərdə keçiriləcəyi hələ ki müəyyənləşməyib.

Qeyd edək ki, bu il Ukraynanın “Kalusch Orchestra” rep qrupu “Stefania” mahnısı ilə Eurovision-un qalibi olub. Böyük Britaniya Sem Rayderin “Space Man” mahnısı ilə ikinci yeri tutub. Ənənəvi olaraq Eurovision qalibi ölkə gələn ilki müsabiqəyə ev sahibliyi etsə də Rusiyanın başladığı müharibə səbəbindən Ukrayna bu vəzifəni öhdəsinə götürə bilməyəcək.

//Gülnarə Abasova, Editor.az