Britaniya Ukraynanın NATO-ya daxil olması ilə bağlı açıqlama veribbackend

Britaniya Ukraynanın NATO-ya daxil olması ilə bağlı açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Uimbldondan olan Lord Tarik Əhmədin parlamentin sorğusuna cavab olaraq Böyük Britaniyanın Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəklədiyini bildirib.

Editor.az bu barədə Lenta.ru-ya istinadla xəbər verir. Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Alyansın 2023-cü ildə Vilnüsdə keçirilən sammitində NATO üzvləri açıq şəkildə bəyan ediblər ki, Ukraynanın gələcəyi bu təşkilatın sıralarındadır. “Böyük Britaniya Ukraynanı gələcək üzvlük yolunda dəstəkləməyə sadiqdir, o cümlədən 82 milyon funt sterlinq töhfə verdiyimiz hərtərəfli NATO yardım paketi vasitəsilə dəstəkləməyə davam edəcəyik”,- deyə bildirilib.

//Gülnarə Abasova, Editor.az