Britaniya Ukraynaya ilk dəfə üç “Sea King” helikopteri göndərdi – Wallacebackend

Britaniya Ukraynaya ilk dəfə üç “Sea King” helikopteri göndərdi – Wallace

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukraynaya üç “Sea King” helikopteri və 10 000 artilleriya mərmisi bağışlayıb.

Editor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles Oslo da çıxışı zamanı bildirib. Ukraynalı ekipaj son altı həftə ərzində bu axtarış-xilasetmə vertolyotlarını idarə etmək üçün Böyük Britaniyada təlim keçib. Uolles əlavə edib ki, Ukrayna yeni azad edilmiş ərazilərin müdafiəsi üçün 10 min artilleriya mərmisi alacaq.

Böyük Britaniyanın müdafiə naziri vurğulayıb ki, Ukraynaya dəstək dəyişməz olaraq qalacaq.

//Gülnarə Abasova, Editor.az