Böyük Britaniyanın hərbi komandanlığı və siyasi rəhbərliyi Qərbi Ukraynada Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün təlimatçıların göndərilməsi planını müzakirə edir.
Editor.az bu barədə “The Times”-ya istinadla yazır. Qəzetin yazdığına görə, söhbət Ukrayna ordusuna yeni çağırışçılar döyüş təmas xəttinə göndərilməmişdən əvvəl onlara intensiv əsas təlim keçəcək kiçik britaniyalı hərbçilərdən gedir. The Times-ın Böyük Britaniya və Ukraynadakı mənbələrinə görə, bu yanaşma xərcləri, o cümlədən Ukrayna Silahlı Qüvvələri əsgərlərinin Böyük Britaniyada təlimi ilə bağlı maddi xərcləri azaltmağa kömək edəcək. “Biz bunu orada daha tez edə bilərdik və bunu cəbhə xəttindən çox uzaqda, riskin minimal olacağı ucqar ərazilərdə etmək olardı”, – qəzetin Britaniya hərbi dairələrindəki həmsöhbəti bildirib.
“The Times”ın Ukraynadakı mənbəsi hesab edir ki, təlimçilərin göndərilməsi NATO ölkələri üçün nümunə olacaq.
//Gülnarə Abasova, Editor.az

