Britaniya Ukraynaya sülhməramlılar göndərməyə hazırdırbackend

Britaniya Ukraynaya sülhməramlılar göndərməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukraynaya sülhməramlılar göndərməyə hazırdır.

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfəri zamanı Sky News telekanalının efirində bildirib. O, bu məsələni müttəfiqləri, o cümlədən Fransa prezidenti Emmanuel Makronla müzakirə etdiyini bildirib. “Mən fərqlənmək istəmirəm, lakin mən dedim ki, biz öz rolumuzu tam şəkildə oynayacağıq, çünki söhbət təkcə Ukraynanın suverenliyindən getmir”, – Britaniyanın baş naziri müvafiq televiziya sualına cavab verib.

Qeyd edək ki, yanvarın 16-da Starmer “yüz illik tərəfdaşlıq” müqaviləsini imzalamaq üçün ilk dəfə Kiyevə gəlib. Bildirib ki, ölkədə sülh zorakılıqla əldə edilməlidir.

//Gülnarə Abasova, Editor.az