Britaniya Ukraynaya yüzlərlə uzaqmənzilli PUA-lar bağışlayacaqbackend

Britaniya Ukraynaya yüzlərlə uzaqmənzilli PUA-lar bağışlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Ukraynaya 200 km-dən çox uzaqmənzilli yüzlərlə yeni PUA-lar bağışlayacaq.

Editor.az “The Guardian”a istinadla xəbər verir ki, bu barədə Britaniya hökuməti Ukrayna prezidenti Vladimir Zelenskinin Londona gəlişindən sonra məlumat verib.

“Bu gün Baş nazir Böyük Britaniyanın Ukrayanaya pilotsuz uçuş aparatları, o cümlədən yüzlərlə zenit-raket kompleksi, hətta 200 km-dən çox  mənzilə malik yüzlərlə yeni pilotsuz uçan aparatları tədarükünü təsdiq edəcək”, – deyə məlumatda bildirilir.

Ukraynanın Rusiya işğalına qarşı müqavimətini artırmağa hazırlaşdığı bir vaxtda bütün bu vəsaitlər yaxın aylarda Ukraynaya təhvil veriləcək.

//Gülnarə Abasova, Editor.az