“Putin rejimi yaratdığı canavarla nə edəcəyini düşünərkən, digər tərəfdən Vaqner Kremlin siyasi məqsədlərinə xidmət edən təxribatçı əməllərini davam etdirir”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman açıqlamasında qeyd edib.
Braverman Vaqner qrupunu Rusiya prezidenti Vladimir Putinin Rusiyadan kənarda hərbi maşını kimi xarakterizə edib: “Aydın və sadədir, onlar (Vaqner) terrorçudurlar və verəcəyimiz qərarlar qanunlarımızda yer alacaq. Vaqner talanlarda, işgəncələrdə, vəhşicəsinə qətllərdə iştirak edib. Onun Ukrayna, Yaxın Şərq və Afrikadakı hərəkətləri qlobal təhlükəsizliyə təhdiddir”.
“Vaqner”in terror təşkilatı elan edilməsi ilə bağlı yekun bəyanatın sabah veriləcəyi gözlənilir.
Onu da qeyd edək ki, rəsmi olaraq terror təşkilatı elan olunarsa, Vaqner tərəfdarları 14 ilə qədər həbs oluna bilər.
//Safura Bənnayeva, Editor.az