Britaniya və Almaniya yeni uzaq mənzilli raket istehsalına hazırlaşırbackend

Britaniya və Almaniya yeni uzaq mənzilli raket istehsalına hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Almaniya ilə birgə 2000 km-dən çox mənzilli yeni “dərin dəqiqlikli zərbə” silahı hazırlamalıdırlar.

Reuters-in məlumatına görə, Böyük Britaniyanın müdafiə naziri Con Healey və onun almaniyalı həmkarı Boris Pistorius Berlində keçiriləcək görüşdə uzaqmənzilli silah yaratmaq üçün yeni layihəni açıqlayacaqlar. “Daha təhlükəli bir dünyada NATO və Avropalı müttəfiqlərimiz birləşib. Bu tərəfdaşlıq bizə müdafiəni inkişafın mühərriki – iş yerlərinin yaradılması, bacarıqların artırılması və Böyük Britaniya və Almaniyaya investisiyaların cəlb edilməsinə kömək edir”, – Healey bildirib. Hazırda layihənin vaxtı və ya büdcəsi ilə bağlı əlavə təfərrüatlar yoxdur.

Nazirlərin həmçinin dəniz patrul və kəşfiyyat təyyarələri üçün torpedaların birgə alınmasını müzakirə edəcəkləri və Almaniyaya Britaniya istehsalı olan hərbi körpülərin alınması ilə bağlı sövdələşməni elan edəcəkləri gözlənilir.

//Samir Qurbanov, Editor.az