Böyük Britaniyada son 24 saat ərzində koronavirus virusuna yoluxanlar arasında ölənlərin sayı 758 nəfərə çatıb.
Editor.az Trend-ə istinadən bildirir ki, hökumətin məlumat saytında ölkədə son 24 saat ərzində 15 144 infeksiyaya yoluxma halının qeydə alındığı bildirilir.
Ölkədə “COVID-19″a yoluxan insanlar arasında ölümlərin ümumi sayı 116 mini keçib, ümumilikdə isə sözügedən virusa yoluxanların sayı 4 013 799-a yüksəlib.

