Britaniyada Ukrayna üçün dron-kamikadze yaradıldı – FOTObackend

Britaniyada Ukrayna üçün dron-kamikadze yaradıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan dron-kamikadzelər yaradılır.

Dron-kamikadzelərin yaradılması proqramına Britaniya Müdafiə Nazirliyi rəhbərlik edir.

Bu barədə Britaniyanın müvafiq məxfi proqramında iştirak edən “QinetiQ” şirkətindən məlumat daxil olub.

Bildirilir ki, Britaniya hərbi qurumunun rəhbərliyi altında bir neçə eksperimental dron hazırlanıb və uçuş sınaqları keçirilib. Onlardan bəziləri, məsələn, 3D printerdə çap olunmuş delta qanadlı dron-kamikadze Ukraynaya göndəriləcək.

Qeyd olunur ki, proqramda ümumilikdə uçan aparatların hazırlanması üzrə ixtisaslaşmış beş şirkət iştirak edib.