Britaniyadan Fələstinlə bağlı çağırışbackend

Britaniyadan Fələstinlə bağlı çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın daxili işlər naziri Suella Braverman verdiyi açıqlamada ictimai asayişi pozan hərəkət və şüarlardan nümunələr gətirərək bildirib ki, polis HƏMAS tərəfdarları və ya yəhudi vətəndaşları üçün təhlükə yarada biləcək hərəkətlərə qarşı qanunun verdiyi bütün səlahiyyətlərdən istifadə etməlidir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Braverman həmçinin İsrail əleyhinə çıxışlarda istifadə olunan simvolların kontekstinə də diqqət yetirilməsini vacib hesab edib.

“Bəzi hallarda qanuni olan davranış, məsələn, Fələstin bayrağının dalğalanması, terror aktlarını tərifləmək məqsədi daşıyan zamanlarda qanuni hesab edilməyə bilər”,- deyə o bildirib.

O, eyni zamanda qanuni hesab edilməyəcək davranışlara aqressiv şəkildə Fələstin himninin oxunması və yəhudilərin sıx məskunlaşdığı məhəllələrə xüsusi konvoyların girişini də daxil edib.

//Safura Bənnayeva, Editor.az