Britaniyadan Rusiyaya qarşı yeni sanksiya qərarıbackend

Britaniyadan Rusiyaya qarşı yeni sanksiya qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

Editor.az Türkiyənin İHA xəbər agentliyinə istinadən xəbər verir ki, yeni sanksiyaya əsasən bütün xidmət sektorunda Rusiyaya ixracat qadağan olunub. Bundan əlavə Britaniyada 63 Rusiya vətəndaşı və şirkətinə qarşı sanksiyalar tətbiq edilib.

Məsələ ilə əlaqədar olaraq İngiltərənin xarici işlər naziri Liz Truss açıqlama verib.

“Putin rejimi ilə iş görmək mənəvi cəhətdən düzgün deyil. Bunu davam etdirmək həm də Ukraynadakı hadisələrə səbəb olanları maliyyələşdirilməsinə kömək etməkdir. Rusiyanın Britaniya xidmətləri ilə əlaqələrini kəsməsi Kremlə daha çox təsir göstərəcək. Bu da Putini Ukraynada uğursuzluğa düçar edəcək”,- deyə Liz Truss bildirib.

//Nəzərbəy, Editor.az