Britaniyalı aktyor Devid Uorner 80 yaşında vəfat edib.
Editor.az “BBC” yə istinadən Uornerin xərçəng xəstəliyindən öldüyünü bildirir.
Uorner karyerası boyu kino, səhnə, televiziya və radioda bir çox fərqli prodüserlərdə çıxış edib. O, “Tron“dan “Doctor Whoy”a, Star “Trek”dən “Titanik”ə qədər bir çox məşhur kinolarda rol alıb.
“Biz, ailəsi və dostları onun üçün çox darıxacağıq. O, xeyirxah və yardımsevər bir insan kimi yadda qalacaq”, – BBC-nin açıqlamasında deyilir.
//Gülnarə Abasova, Editor.az,

