Britaniyalı deputat Bolduindən etiraf: Rusiyaya qarşı sanksiyalar heç bir nəticə vermirbackend

Britaniyalı deputat Bolduindən etiraf: Rusiyaya qarşı sanksiyalar heç bir nəticə vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın İcmalar Palatasının Xəzinədarlıq Komitəsinin sədri Harriett Baldwin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Rusiya iqtisadiyyatına gözlənilən səviyyədə təsir etmədiyini bildirib.

Editor.az bu barədə “Financial Times”a istinadla xəbər verir.

“Sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmaq məqsədi ilə işləmədiyinə dair konsensus var”, – deyə Bolduin bildirib. BVF (Beynəlxalq Valyuta Fondu) Rusiyanın bu il ən güclü iqtisadiyyatlardan biri olacağını proqnozlaşdırır. Xəzinədarlıq Komitəsinin sədri Bolduin də sanksiyaların qüvvədə qaldığı müddətcə onlardan yan keçməyin yollarının artdığını bildirib. Bolduin həmçinin etiraf edib ki, ABŞ-ın Rusiyaya qarşı gördüyü əsas tədbirlərdən biri olan Rusiya neftinə tavan qiymət tətbiq etmək çox effektli nəticə vermədi.

Qeyd edək ki, Moskva Qərbin anti-Rusiya sanksiyalarının iflasa uğramasını qəbul etməyə cəsarəti çatmadığını qeyd etsə də, Qərb ölkələrində Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə dilə gətirilib.

//Gülnarə Abasova, Editor.az