Vaşinqtonun Kiyevə amerikan silah tədarükü bu ilin yayında başa çatacaq.
Editor.az xəbər verir ki, britaniyalı analitik Aleksandr Merkuris “Duran” YouTube kanalına müsahibəsində bu məsələyə toxunub.
O, Bayden administrasiyasından silah göndərilməsinin davam etdiyini bildirib. Amma görünür, bunların yay aylarına doğru yekunlaşacağı gözlənilir.
Merkuris vurğulayıb ki, həmin tarixə qədər ABŞ prezidenti Donald Tramp Ukraynaya silah tədarükünün davam edib-etməməsinə qərar verməli olacaq.
Ekspert qeyd edib ki, Trampın Kiyevə silah və pul verilməsinin maliyyə resurslarının atılması demək olduğu barədə əvvəlki açıqlamalarını nəzərə alsaq, siyasi baxımdan tədarükün davam etdirilməsi çox çətin olacaq.
//Gülnarə Abasova, Editor.az