Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Fillips və tədqiqatçı Bruno Pereyra Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıblar.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, keçən cümə günü qayıqla yola düşən bu şəxslərin bazar günü geri dönəcəyi gözlənilirdi. Lakin onlardan bir daha xəbər alınmayıb.
Ölkə səlahiyyətliləri bir kitabın yazılması üçün araşdırma aparmağa görə bölgəyə gedən Fillips və Pereyranın itkin düşmədən əvvəl təhdid olunduğunu bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı federal prokurorluq tərəfindən tədqiqat başlayıb. Braziliya donanması da əməliyyat-axtarış tədbirlərinə qoşulub.
//Nəzərbəy Hacıağayev, Editor.az

