“Rusiya Federasiyası Ukraynada qalib gələ bilər. Belə ki, ABŞ prezidenti Co Baydenin xarici siyasəti iflasa uğrayıb”.
Editor.az xəbər verir ki, bunu İspaniyanın “El Pais” nəşrinə müsahibəsində britaniyalı tarixçi, yazıçı və Harvard Universitetinin tarix professoru Nil Ferqyuson deyib.
“İndi Kiyevə dəstək azalır, Ukraynada Trampın potensial qələbəsinə bir il qalmış döyüş sursatı tükənir və Rusiya daha çox resurs və xammalla müharibədə qalib gələ bilər. Bayden administrasiyasının xarici siyasəti uğursuzluğa düçar oldu”,- o deyib.
Bundan əvvəl Financial Review 2024-cü ildə Ukraynanı qaranlıq vaxtların gözlədiyini bildirmişdi. Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə keçmiş xüsusi müşaviri Maykl Allen bəyan etmişdi ki, Kiyev Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu səbəbindən Vaşinqtondan əlavə vəsait almayıb.
//Gülnarə Abasova, Editor.az

