Böyük Britaniyanın Baş naziri Liz Truss bildirib ki, onun prioriteti Böyük Britaniya vətəndaşlarını qlobal iqtisadi şoklardan qorumaqdır.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Truss dünya bazarlarında çətin günlər yaşadıqlarını bildirib: “Hökumət doğru olanı etdi. Biz sərt addım atmağa hazırıq”.
Bazarları şoka salan mini-büdcəni geri çəkib götürməyəcəyi ilə bağlı suala Truss belə cavab verib: “Bu sualda yer alan təklifləri qəbul etmirəm. Çətin iqtisadi dövrlərlə üzləşdiyimizi inkar edə bilmərəm. Amma bu, qlobal problemdir. İngilis hökuməti, bu çətin zamanda doğru şəkildə davranır”.
Baş nazir qeyd edib ki, ev təsərrüfatlarını və müəssisələri artan enerji ödənişlərindən qorumaq üçün təcili addımlar atmalıdır.
//Gülnarə Abasova, Editor.az

