Britaniyanın baş naziri İsrailə bütün silah satışlarının dayandırılmasının yanlış addım olduğunu deyibbackend

Britaniyanın baş naziri İsrailə bütün silah satışlarının dayandırılmasının yanlış addım olduğunu deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Baş naziri Keir Starmer 7 Oktyabr hücumlarının birinci ildönümü ilə əlaqədar İngiltərə parlamentində keçirilən iclasda İsrailə silah satışını tamamilə dayandırmaq fikri ilə razılaşmadığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə o, iclasda deputatlardan birinin sualına cavab olaraq deyib. Əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi lazım olduğunu bildirən Starmer 7 oktyabrın həm də bütün bölgə üçün hüzn günü olduğunu bildirib. “Bütün satışın dayandırılması müdafiə məqsədi ilə satışın olmaması deməkdir. Mən bunu etməyəcəyəm”,-deyə o bildirib.

//Gülnarə Abasova, Editor.az