Britni Spirs evini yandırdığını ETİRAF ETDİbackend

Britni Spirs evini yandırdığını ETİRAF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur müğənni Britni Spirs yanlışlıqla öz evini yandırıb.
Bir zamanlar pop musiqisinin şahzadəsi adlandırılan Britni Spirs qaranlıq işlərə qarışdığı üçün musiqi dünyasından uzaqlaşıb. Keçirdiyi uzun müddətli depressiyalardan sonra özünə gələn müğənni sosial medianın aktiv istifadəçilərindəndir. Karantində idmanla məşğul olan Britni evində yerləşən gimnastika zalını yandırdığını etiraf edib. O 2019-cu ildə ehtiyatsızlıq edərək zalda yanmış şam unudub. Şam yanğına səbəb olaraq zalda yerləşən bütün idman alətlərini yararsız hala salıb. Spirs yanğından sonra gimnastika salonunda altı aydır məşq etmədiyini də deyib.

Qeyd edək ki, 38 yaşlı müğənni keçən ay canlı yayımda hər kəsin gözü qarşısında ayağını sındırmışdı.

Britni Spirs evini yandırdığını ETİRAF ETDİ
//ölkə.az