Bruno Fernandeş daha 5 il “qırmızı şeytanlar”ın heyətində qalırbackend

Bruno Fernandeş daha 5 il “qırmızı şeytanlar”ın heyətində qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted”in portuqaliyalı oyunçusu Bruno Fernandeş klubla daha 5 illik müqavilə imzalamaq üçün razılığa gəlib.

Editor.az “Sporx” a istinadən xəbər verir ki, son vaxtlar qeyri-sabit oyunu ilə yadda qalan Fernandeşin həftəlik maaşı 100 min funddan 240 min funda qədər artıralacaq. Ronaldo, Poqba, Cavani, Varan, Sanço və De Qeadan az maaş alması ulduz futbolçu üçün problem olmayıb.

Qeyd edək ki, Fernandeş cari mövsümdə 37 oyunda 9 qola, 13 məhsuldar ötürməyə imza atıb.

//Nəzərbəy Hacıağayev, Editor.az