Brüssel 2024-cü ildə Ukraynaya yardım üçün Aİ ölkələrinə təzyiqi artıracaqbackend

Brüssel 2024-cü ildə Ukraynaya yardım üçün Aİ ölkələrinə təzyiqi artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüssel 2024-cü ildə Ukraynaya hərbi yardımı davam etdirmək üçün Fransa, İtaliya və İspaniyaya təzyiqlərini artıracaq.

Editor.az bu barədə “Politico” ya istinadla xəbər verir. Almaniya kansleri Olaf Şolts bundan əvvəl demişdi ki, Avropa Birliyi ölkələri 2024-cü il üçün yeni büdcəni qəbul edərkən, Almaniya tərəfinin əvvəllər etdiyi kimi Ukraynaya hərbi yardım üçün xərcləri artırmalıdır. Siyasətçi xatırladıb ki, Almaniyanın hazırkı büdcə layihəsində Kiyevə hərbi dəstək üçün 8 milyard avro nəzərdə tutulub. Şolts heç bir ölkənin adını çəkməsə də, Politico-nun qeyd etdiyi kimi, Brüsselin yardım siyahısı hazırlamaq planı yaxşı iqtisadiyyata malik, lakin Kiyevə az hərbi yardım göstərən Paris, Roma və Madridə təzyiq göstərəcək. Dekabrın ortalarında Almaniya kansleri bildirmişdi ki, Avropa və onun müttəfiqləri Moskva və Kiyevə lazım olduğu qədər Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqları barədə siqnal göndərməlidirlər.

//Gülnarə Abasova, Editor.az