Brüssel bizi müharibəyə sürükləməyə çalışır – Viktor Orbanbackend

Brüssel bizi müharibəyə sürükləməyə çalışır – Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Qərbin Rusiyanı məğlub etmək istəklərini ümidsiz adlandırıb və bunun üçün “çox yüksək bədəl” ödəyib.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri “cəbhə xəttinə” yaxınlaşır və hərbi əməliyyatlara müdaxilə edir. Macarıstan isə bu yoldan əl çəkmək qərarına gəlib: “Əgər kifayət qədər dəstəyimiz olsa, əyləci basa bilərəm və macarlar bu qatardan düşə bilər.

Minimum məqsədə nail olunub, çünki Macarıstan NATO-nun Ukraynadakı missiyasında iştirak etmir”, – deyə Orban “Kossuth” radiostansiyasına müsahibəsində bildirib. Macarıstan baş nazirinin sözlərinə görə, Qərb ABŞ-ın rəhbərliyi və Almaniyanın dəstəyi ilə bu istiqamətdə irəliləyir. Orban hesab edir ki, bu “müharibə qatarı” yalnız 2024-cü ilin payızında Donald Trampın ABŞ prezidenti seçilməsi ilə dayandırıla bilər: “NATO-dan heç kim Macarıstana Ukrayna münaqişəsinə girməsi üçün təzyiq etməyəcək. İndi bizi Brüsseldən müharibəyə sürükləməyə çalışırlar və biz də bu döyüşdə qalib gələcəyik”, – deyə Orban yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az