Brüssel görüşü öncəsi SƏRHƏDDƏ GƏRGİNLİK: İrəvan yenə nə etmək istəyir?backend

Brüssel görüşü öncəsi SƏRHƏDDƏ GƏRGİNLİK: İrəvan yenə nə etmək istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Qərbdə baş tutacaq görüşlər öncəsi Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır. Dəfələrlə Brüssel görüşlərindən əvvəl İrəvanın bu tip təxribatlar törətdiyi və bölgədə gərginliyi artırmaq cəhdlərinin şahidi olmuşuq”.

Bu fikirləri siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bu gün səhər saatlarında sərhəddə Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları daha da genişləndirmək cəhdlərinə münasibət bildirərkən deyib.

Politoloq Ermənistan tərəfinin daha əvvəl Fransa vasitəsilə də Brüssel görüşlərini sabotaj etdiyinə diqqət çəkib:

“Bu dəfə isə yenidən Brüssel görüşünə bir neçə gün qalmış bu tip təxribatların törədilməsi Ermənistanın nə dərəcədə riyakar, ikiüzlü və provokativ olduğunu növbəti dəfə ortaya qoyur. Maraqlısı isə odur ki, hər zaman Rusiya qərbmərkəzli görüşlərə etiraz edir və bu etirazlardan qısa müddət sonra Ermənistan bu tip təxribatlar törədir. Həmçinin Fransanın da Aİ Prezidenti Şarl Mişelin rəhbərliyi altında keçirilən görüşlərə qısqanclığını nəzərə aldıqda bu hadisələrin indiki dövrdə baş verməyinin təsadüfi olmadığı bir daha ortaya çıxmış olur”.

//Gülnarə Abasova, Editor.az