Avropa İttifaqının xarici məsələlər üzrə sözçüsü Piter Stano gürcü mətbuatına müsahibəsində Tbilisidən Rusiyaya qarşı birtərəfli sanksiyalardan imtina etməyi dayandırmağı və heç bir halda Rusiya-Gürcüstan münasibətlərini yaxşılaşdırmamağı, o cümlədən iki ölkə arasında mümkün hava uçuşlarının ləğv edilməsini tələb edib.
Editor.az-ın məlumatına görə, Stano vurğulayıb ki, Brüssel Moskva və Tbilisi arasında Rusiya-Gürcüstan aviareyslərinin mümkün bərpası ilə bağlı danışıqlardan yaxşı xəbərdardır və bu perspektivi çox mənfi qiymətləndirir. Bununla bağlı o bildirib ki, Avropa İttifaqı Gürcüstandan Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalara, o cümlədən aviasiya sahəsində tətbiq etdiyi məhdudiyyətlərə qoşulmasını, həmçinin Rusiya şirkətlərinin sanksiyalar rejimindən yan keçməsinin qarşısını almasını gözləyir.
Avropa İttifaqının nümayəndəsi həmçinin Rusiyaya qarşı Qərb sanksiyalarının tətbiqindən sonra ölkədə ehtiyat hissələrinin çatışmazlığı üzündən Rusiya təyyarələrinin təhlükə saçması ilə Gürcüstanı qorxutmaqdan da yan keçməyib.
Qeyd edək ki, bundan əvvəl Moskva, ona qarşı “ikinci cəbhə” açmayan, Avropa İttifaqı və ABŞ-ın sanksiyalarına qoşulmağa razı olmayan Gürcüstanın davranışlarını yüksək qiymətləndirmişdi.
//Samir Qurbanov, Editor.az

