“Brüsseldə anlaşma olub, Bakı öhdəlik götürməyib, Paşinyan isə…” – Şok açıqlamabackend

“Brüsseldə anlaşma olub, Bakı öhdəlik götürməyib, Paşinyan isə…” – Şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”.

 

Editor.az Teleqraf.com-a xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının sədri Avetik Çələbyan deyir.

“Brüsseldə keçirilən üçtərəfli danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel şövqlə bəyan etdi ki, ölkələrin liderləri 1991-ci il müqaviləsinə birmənalı sadiqliklərini ifadə ediblər. O bildirdi ki, Azərbaycan Almatı Bəyannaməsi əsasında Ermənistanın 29.8 min kvadrat kilometr ərazisini, Ermənistan da Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini, yəni qarşılıqlı ərazi bütövlüyünü tanıyır, yekun delimitasiya danışıqlar yolu ilə həyata keçiriləcək.

Mişel həmçinin qeyd etdi ki, Azərbaycanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı müsbət gündəm təqdim etməyə çağırıb.

Diplomatik terminologiyanı bir kənara qoysaq, bu o deməkdir ki, Ermənistanı danışıqlarda təmsil edən və baş nazir postunu tutan Nikol Paşinyan birmənalı olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bunun müqabilində Azərbaycan bu məsələ (Qarabağ erməniləri) ilə əlaqədar heç bir öhdəlik götürməyib”, – siyasətçi bildirib.